26.02.2020
Xocalı faciəsinin növbəti, 28-ci ildönümü Şəki rayonunun mədəniyyət müəssisələrində silsilə tədbirlərlə qeyd edilib. O cümlədən:
- 24 fevral 2020-ci il tarixdə M.İsmayılov adına diyarşünaslıq evi N.Nərimanov adına 8 N-li kitabxana filialı ilə birgə təşkilatçılığı ilə “Xocalının bitməyən ağısı” adlı anım günü,
- 24 fevral 2020-ci il tarixdə Baş Küngüt kənd Diyarşünaslıq evində Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar "Başı bəlalı Xocalım "adlı anım günü,
- 24 fevral 2020-ci il il tarixdə Bideyiz kənd folklor evində,folklor evi və MKS-nin 52 saylı filialının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalım-qan yaddaşım” adlı tədbir,
- 25 fevral 2020-ci il tarixdə Oxud kənd Folklor evində MKS-nin 56 saylı filial ilə birlikdə Xocalı faciəsinə həsr olunmuş “Xocalım, ay Xocalım”adlı tədbir,
- 25 fevral 2020-ci il tarixdə M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qırxbulaq kənd folklor klubu, kənd məktəbi və kitabxana filialının birgə təşkilatçılığı ilə “Əsrin faciəsi” adlı anım mərasimi,
- 25 fevral 2020-ci il tarixdə Cəfərabad kənd Diyarşünaslıq klubu və MKS-nin 35 saylı kitabxana filialının birgə təşkilatçılığı ilə Xocalı soyqrımı gününə həsr olunmuş “Dünyanın Xocalı dərdi” adlı anım mərasimi,
- 25 fevral 2020-ci il tarixdə Şəki 2 nömrəli Uşaq Musiqi Məktəbində "Xocalı qətliamı" adlı anım tədbiri,
- 26 fevral 2020-ci il tarixdə M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Aşağı Göynük kənd diyarşünaslıq evində Xocalı faciəsinin 28 ci ildönümünə həsr olunmuş “Haray Xocalım haray”adlı anım günü,
- 25 fevral 2020-ci il tarixdə Baş Zəyzid kənd sənətkarlıq evində MKS-nin 49 saylı filialı ilə birlikdə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar “Xocalını unutma” adlı anım günü,
- 25 fevral 2020-ci il tarixdə Ü.Hacıbəyov adına folklor evi, S.Mümtaz adına 13 nömrəli kitabxana filalı və Ü.Hacıbəyov adına folklor evinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Xocalı həqiqətləri” adlı ədəbi-bədii kompozisiya,
- 26 fevral 2020-ci il tarixdə M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən M.Nəsrullayev adına sənətkarlıq klubunda Xocalı faciəsinin 28 ci ildönümünə həsr olunmuş “Xocalı həqiqətləri” adlı ədəbi-bədii kompozisiya,
- 26 fevral 2020-ci il tarixdə M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Baş Göynük kənd sənətkarlıq evi və MKS-nin 62 saylı kitabxana filialının birgə təşkilatçılığı ilə 2 saylı tam orta məktəbdə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Xocalı fəryadı” adlı ədəbi-bədii kompozisiya,
- 26 fevral 2020-ci il tarixdə Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Göybulaq kənd Folklor klubunda “Xocalısız illərin ağrıları” adlı ədəbi-bədii kompozisiya,
- 26 fevral 2020-ci il tarixdə N.Bədəlov adına şəhər folklor evində 21 saylı tam orta məktəbin və N.Bədəlov adına şəhər folklor evinin birgə təşkilatçılığı ilə “Xocalım, ay Xocalım”ədəbi-bədii kompozisiya,
- Fevralın 26-da Şəki rayonunun Baş Şabalıd Kənd Diyarşünaslıq klubunda klubun və Baş Şabalıd kitabxanasının birgə təşkilatçılığı anım mərasimi.
Tədbirlərdə Xocalı faciəsinin səbəbkarları pislənilmiş, soyqırımın bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət olduğu, xalqımızın yaddaşından heç bir zaman silinməyəcəyi vurğulanmışdır.