Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Görüşərik bir gün səninlə Xocalı”

21.02.2018

21 fevral 2018-ci il tarixdə M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində  Xocalı faciəsinin 26-ci  ildönümünə həsr olunmuş “Görüşərik bir gün səninlə Xocalı!”  adlı ədəbi-bədii kompozisiya keçirilmişdir.

Xocalı faciəsi bizim ağrılı, acılı yerimizdir. İnsanlığa qarşı törədilmiş ən ağır cinayətdir. Bu millətin günahı nə idi ki, başına belə müsibətlər gəldi? Qatil ermənilər hər yerə  əl qoydular, qadınlara,  körpələrə, yaşlılara olmazın cinayətlər törətdilər. Azərbaycan xalqı  minlərcə şəhid verdi, insanlar tələf oldu. Buna baxmayaraq xalqımız öz mətin və iradəsini itirmədi.

Xocalıda şəhid olmuş  insanların  xatirəsi bir  dəqiqəlik  yükutla yad edildi. Sonra “Xocalı harayı” klipi nümayiş oıundu. Rəşad Rüstəmovun ifasında “Xocalı - elim mənim” şeiri səsləndirildi.  Sonra Xocalı şəhər 2 saylı tam orta məktəbin direktoru Eldəniz Məhərrəmov çıxış edərək Xocalıda törədilən soyqırımın canlı şahidi olaraq, tədbir iştirakçılarına o gecənin dəhşətlərindən danışdı.  Sonra Zabil Məmmədov bayatı, şəhər 11 saylı məktəbin  şagirdi  Əli Məmmədli “Azərbaycan  Qarabağı istəyir”, Z.Yaqub  “Xocalım” və başqa  şeirlərini səsləndirdilər.

Mədəniyyət Mərkəzinin əməkdaşları Jalə Abdullayeva və Rəşaq Rüstəmovun ifasında “Sarı gəlin” səhnəciyi tamaşaçılara təqdim olundu.