Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Mədəniyyət qalası” qəzetinin növbəti sayı çapdan çıxıb

27.02.2020

“Mədəniyyət qalası” qəzetinin növbəti, fevral nömrəsi çapdan çıxıb.

Qəzetin yeni sayında oxuculara Gənclər Günü münasibətilə keçirilən ənənəvi “Gəncliyin səsi”festivalı, “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı, Özbəkistanın Xivə şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” estafetini qəbul etməsi, Şəkidə ötən ilin yekunlarına dair hesabat yığıncağı, Xalq şairi Bəxtiyar Vahabzadənin anım günü, Xalq artisti Polad Bülbüloğlunun 75 illik yubileyi və regionun mədəni həyatını əks etdirən digər məqalələr təqdim olunub.

Qəzetlə onlayn tanış olmaq üçün www.sheki.mctgov.az ünvanına keçmək təklif olunur.