23.02.2018
23 fevral 2018-ci il tarixdə Aşağı Daşağıl kənd folklor kulubunda Xocalı faciəsinə həsr olunmuş “Xocalı faciəsi unudulmaz” adlı ədəbi-bədii kompozisiya keçirilmişdi. Tədbirə məktəbin müəllim-şagird kollektivi və kəndin ağsaqqalları dəvət olunmuşdur. Tədbirdə Aşağı Daşağıl kənd məktəbinin direktoru Arif Məmmədov Xocalı faciəsi haqqında məlumat verərək bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə rus ordusu tərəfindən Xocalı dörd yandan mühasirəyə alındı, əliyalın dinc əhalini meşəyə doldurub vəhşicəsinə qırdılar. Günahsız qocalar, körpələr, qadınlar qanına qəltan oldu. Qız-gəlinlərimiz girov götürüldü. O gecə misli görünməmiş insanlığa sığmayan vəhşilik törədildi. İgidlərimiz şəhid oldu, girov götürüldü. Azərbaycan xalqı o qanlı qətliyam gecəsini, o vəhşiliyi heç zaman unutmayacaq və unutdurmayacaq.
Tədbir məktəb şagirdlərinin Milli qəhramanlarımıza, şəhidlərə, vətənimizə aid şeirlərlə davam etdirildi.