Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

R.B.Əfəndiyevin ev-muzeyində “Xocalı susmayan yaddaşdır” mövzusunda anım günü keçirilib

24.02.2020

24 fevral 2020-ci il tarixində R.B.Əfəndiyevin ev-muzeyində M.F.Axundovun, S.Rəhmanın və R.B.Əfəndiyevin ev-muzeylərinin birgə təşkilatçılığı ilə “Xocalı susmayan yaddaşdır” mövzusunda anım günü keçirilib.

Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə muzeyin direktoru Vəfa Qasımzadə açaraq, soyqirim haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Bundan əvvəl, Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib. Yalnız bunu qeyd etmək kifayətdir ki, Xocalı soyqırımından bir neçə gün əvvəl–1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox

azərbaycanlı kütləvi qırğına məruz qalıb. Xankəndidən 10 kilometr cənub-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında strateji məntəqədə yerləşən,Dağlıq Qarabağın yeganə hava limanının yerləşdiyi Xocalı fevralın ikinci yarısından başlayaraq, Ermənistan hərbi birləşmələri tərəfindən tam mühasirəyə götürülüb. Dinc sakinlərin dəstə halında və ya təklikdə mühasirədən çıxmaq üçün göstərdiyi bütün cəhdlərin qarşısı alınıb.

Sonra kitabxananın müdiri Təranə İsmayılovaya, M.F.Axundovun ev muzeyinin direktoru Məmmədova Ulduz və S.Rəhmanın ev muzeyinin direktoru Pərvanə İsgəndərova mövzu ətrafında çıxış ediblər. Çıxışlarda Ermənistanın Azərbaycana qarşı məkrli əməlləri pislənilmişdir.