Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev Mərkəzi Zaqatala rayon Dövlət Rəsm Qaleriyası ilə birgə “Xocalının səsi” adlı rəsm və kitab sərgisi təşkil olunub

24.02.2018

Zaqatala rayon Heydər Əliyev Mərkəzində xalqımızın tarixinə qanla yazılmış Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar 24 fevral 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzi Zaqatala rayon Dövlət Rəsm Qaleriyası ilə birgə “Xocalının səsi” adlı rəsm və kitab sərgisi təşkil olunub.

Sərginin təşkilində məqsəd bəşər tarixində insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı faciəsi ilə bağlı həqiqətləri, erməni millətçilərinin vəhşiliklərini gənc nəslə çatdırmaqdır.

Sərgidə nümayiş etdirilən rəsmlərdə müəlliflərin mənfur düşmənə qarşı qəzəb və nifrəti qabarıq şəkildə özünü büruzə verir. Mərkəzin əməkdaşları sərgini izləyənlərə Xocalı müdafiəçilərinin qəhrəmanlığından danışıb, faciənin acı nəticələri barədə məlumat veriblər.

Rəsm və kitab sərgisi fevralın sonunadək davam edəcək.