Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Mənim Ana dilim, mənim kimliyim”

21.02.2018

21 fevral 2018-ci il tarixdə V.İbrahim adına folklor evinin və B.Axundov adına folklor evinin kollektivləri 8 saylı beynəlmiləl tam orta məktəbin zalında məktəbin şagirdlərinin iştirakçılığı ilə hazırladığı Beynəlxalq Ana dili Gününə həsr olunmuş “Mənim Ana dilim, mənim kimliyim” adlı ədəbi-bədii gecə keçirmişdir. Tədbiri giriş sözü ilə məktəbin metodist müəllimi Nərminə Ağayeva açaraq Beynəlxalq Ana dili Günü haqqında iştirakçılara məlumat verdi. Sonra şagirdlərdən Məhəmmməd Şükürov, Şakir Sultanov və Aytac Qədimovanın ifasında Azərbaycana, anaya, Vətənə və ana dilinə həsr olunmuş şeirlər səsləndirilmişdir. Dördüncü sinif şagirdi Həşimova Xalidənin ifasında “Əsgər marşı” səslənmişdir.