Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala rayon Mərkəzi kitabxanasında gənc yazarlarla görüş təşkil olunub

30.01.2020

Yanvarın 29-da Zaqatala rayon Mərkəzi kitabxanasında “Kitab klubu”nun nəzdində fəaliyyət göstərən “Gənc yazarlar” dərnəyinin təşəbbüsü ilə gənc yazarlarla görüş təşkil olunub. Tədbirdə Zaqatala MKS-nin direktoru Gülniyar Məmmədova , rayonun tanınmış ziyalısı, tədqiqatçı, pedaqoq, pedaqoji elmlər namizədi Həşim İsmayılov, yazar Güldənə Ramazanova, kitabxana işçiləri, gənc yazarlar və kitabxananın fəal oxucuları olan gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə Zaqatala MKS-nin direktoru Gülniyar Məmmədova açdıqdan sonra gənc yazarlar öz yaradıcılıq nümunələrindən səsləndiriblər. Görüşün sonunda Həşim İsmayılov və Güldənə Ramazanova gənc yazarlara öz tövsiyyələrini verərək, onlara yaradıcılıq fəaliyyətlərində uğular arzulayıblar.

Növbəti gün, 30 yanvar 2020-ci il tarixində Zaqatala rayon Mədəniyyət Mərkəzində keçirilmiş mədəniyyət işçilərinin seminar-müşavirəsində gənc yazarlara “Təşəkkürnamə”lər və kiçik hədiyyələr təqdim olunmuşdur.