Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsində ”Günəşimdir mənim dilim” adlı tədbir təşkil olunmuşdu

21.02.2018

21 fevral 2018-ci il tarixdə Beynəlxalq Ana dili Günü münasibətilə Balakən rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsində "Günəşimdir mənim dilim" adlı tədbir təşkil olunmuşdu. Tədbirdə UGİM-nin dərnək rəhbərləri və işçiləri, kitabxana mütəxəssisləri, şəhər klubunun işçiləri, oxucular və valideyinlər iştirak edirdilər. Uşaqların ifasında Vətənə, anaya və dilimizə aid şerlər səsləndi, səhnəciklər göstərildi.