Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkinin mədəniyyət işçiləri Gənclər Gününü bayram əhval-ruhiyyəsi ilə qeyd ediblər

31.01.2020

Yanvarın 31-də M.F.Axundov adına Şəki şəhər Mədəniyyət Mərkəzində Şəki Regional Mədəniyyət İdarəsi, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsi və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılıı ilə “Vətənimizin gələcəyi olan Gənclər” adlı görüş axşamı keçirilib.  2 fevral-Azərbaycan Gəncləri Günü münasibətilə təşkil olunmuş tədbirdə şəhərin mədəniyyət müəssisələrinin kollektivləri iştirak ediblər.

Tədbiri Mədəniyyət Mərkəzinin aparıcı metodisti Nazilə Qaffarova və bədii rəhbər Rəşad Rüstəmov açaraq, Gənclər Günü münasibətilə bütün gəncləri təbrik ediblər. Sonra Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova təbrik nitqi söyləyib. Qeyd olunub ki, bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün tam əminliklə demək olar ki, Ulu Öndər Heydər Əliyevin gəncliyə və gənclərə qayğısı indi yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.

Daha sonra MİHİ-nin Şəki Rayon Komitəsinin təlimatçısı Nəzakət Əliyeva və Mədəniyyət Mərkəzinin direktoru Aqaəli Cəlilov gəncləri təbrik edərək, onlara ən xoş arzularını ünvanlayıblar.

Tədbir istedadlı müğənnilərdən Sərdar Yunusov, İdris İdrisov, Hakim Əkbərovun rəngarəng çıxışları və kollektiv rəqslərlə davam etmişdir.