Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuz rayon Tarix-Diyarşünaslıq Muzeyində “Gənclər sabahımızdır” adlı dəyirmi masa keçirilmişdir

30.01.2020

Azərbaycanımızın gələcəyi bu gün gənclərimizi necə yetişdirməyimizdən asılıdır. O millət, o xalq güclü olur ki, onun yetişdirdiyi nəsil tarixi köklərinə möhkəm bağlı olsun. Öz xalqının tarixini bilmək isə böyük xoşbəxtlikdir.

Ümummilli Lider Heydər Əliyev demişdir: “Hər bir xalqın, millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”.

Bu sözlər yanvarın 30-da Oğuz rayon Tarix-Diyarşünaslıq Muzeyində rayonun bir qrup fəal gənclərinin iştirakı ilə keçirilən “Gənclər sabahımızdır” adlı dəyirmi masa zamanı səsləndirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd gənclərin asudə vaxtlarının səmərəli keçməsi, onların vətənpərvər ruhda, tarixi köklərə bağlı böyüməsi, ulu əcdadların yaratdıqları, əmanət qoyduqları milli-mənəvi dəyərlərə sahib çıxması, çoxəsrlik, çoxmillətli vətənlərinə məhəbbət hissinin aşılanmasından ibarət olmuşdur.

Gənclər əvvəlcə muzeyin tarixi, zəngin eksponatları ilə yaxından tanış olmuş, sonra isə tədbir dəyirmi masa ətrafında davam etdirilmişdir. Diskusiya əsasında keçən tədbirdə gəncləri maraqlandıran, müxtəlif sahələrə aid çoxsaylı suallar cavablandırılmış, onların mövcud problemləri, istək və arzuları müzakirə olunmuşdur.