30.01.2020
Yanvarın 30-da Oğuz rayonu Xalxal Qışlaq kənd kitabxanasında Nizami Gəncəvinin “İlin fəsilləri”, Rus xalq nağılı “Turp”, Eyvaz Borçalının “Şah və qoca”, Eduards Mejelaytisin “Dovşan–oğlan” nağıl kitabları üzrə nağıl saatı keçirilib. Tədbirdə kənd məktəbinin l,ll,lll və lV sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə kitabxanaçı Nərgiz Azaqova açaraq, kitabxananın fondunda olan nağıl kitabları haqqında uşaqları məlumatlandırıb. Sonra nağıllar oxunub və şagirdlərə nağıllar ətrafında suallar verilib. Şagirdlər “Nağıl saatı” ndan xoş təəsüratlarla ayrılıblar.