Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə “Mütaliə günləri” təşkil olunur

13.07.2017

Şəki şəhəri MKS-nin 3 və 11 saylı kitabxana filialları Heydər Əliyev  Muzeyinin qarşısında açıq havada “Mütaliə günü“ keçirdi. Muzeyin qarşısında açıq kitabxana təşkil olundu. Oxuculara Şəkinin gəzməli-görməli yerləri və  tarixi abidələri haqqında, yazıçı və şairlərinin yeni  kitabları ilə yanaşı  kitabxanaya daxil olan yeni maraqlı kitablar da  təqdim olundu.

Kitabxana işçiləri muzeyin yaxınlığındakı parkda istirahət edən sakinlərə yeni kitablar nümayiş etdirib, kitablar haqqında geniş məlumat  verdilər. İki gün ərzində həm şəhər sakinlərindən olan oxuculara, həm də Şəkiyə gəzməyə gələn qonaqlara səmərəli xidmət  göstərildi.

Şəki şəhər Nakam adına mərkəzi kitabxanada oxucuların  qaşısına yenidən “Mütaliə həftəsi” ilə  çıxdı. Bu dəfə oxuculara  kitabxananın əməkdaşları  “Siz hələ bizi oxumamısız” rubrikasında  olan kitablarla çıxaraq, oxucularda  kitabxanaya  olan marağın artırılmasına və yeni oxucuların kitabxanaya cəlbinə nail olduq.“Mütaliə həftə”ləri kitabxanamızın növbəti uğurudur.

Şəki şəhər Nakam adına mərkəzi kitabxanada  növbəti ənənəvi mütaliə həftəsi baş tutdu. Bu dəfə mütaliə həftəsində oxucular  Narkomaniya ilə bağlı kitabxanada olan ədəbiyyatla tanış olmuş və onların bu  mövzu ilə bağlı sualları cavablandırılmışdır. 

Növbəti mütaliə həftəsi kitabxanadan kənarda açıq səma altında baş tutdu. Kitabxanaya gələn yeni kitablar bu  dəfəki sərgidə yayımlanırdı. Kitabxanalarda innovasiyaların tətbiqi ilə bağlı növbəti uğurumuz olan “Mütaliə həftəsi” gününü uğurla başa vurdu.