19.01.2020
Xalqimizin qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi Respublikada hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-ci ilin 20 Yanvar faciəsinin 30-cu ildönümü Qax rayon Uşaq İncəsənət məktəbində də geniş qeyd edilmiş və anılmışdır. Həmin faciəli günlərdə öz ölkəsinin azadlgının azadlığini şərəf və ləyaqətiini hər şeydən uca tutan mərd Vətən övladları canlarından kecərək şəhidlik zirvəsinə ucalmışlar.
Məktəbdə kecirilən anım günündə məktbin direktoru Xatirə İmamova öz cıxışında 20 Yanvar faciəsindən danışıb və Şəhidlərin ruhu bir dəqiqəlik sukutla yad edilmişdir. Sonra iştirakçılar məktəbin təsviri incəsənət şöbəsi şagirdlərinin bu faciyəyə həsr olunmuş əl işləri və rəsmlərindən ibarət sərgi ilə tanış olublar. Daha sonra məktəbin xoru “Şəhidlər” adlı kompozisaiya ilə çıxış etmişdir.