Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki şəhərində yerləşən muzey müəssisələr Şəki tarix-diyarşünaslıq muzeyində Xocalı faciəsinin 26-cı ildönümü münasibətilə tədbir keçirilmişdir

22.02.2018

22 fevral 2018-ci il tarixində Şəki tarix-diyarşünaslıq muzeyində Xocalı soyqrımının 26-cı ildönümü münasibətilə  muzey müəsisələri  birlikdə  "Xocalı harayı"  adlı  tədbir keçirmişdir.

Tədbirdə iştirak edən muzey kollektivləri Xocalı soyqırımında həlak olanların xatirəsini bir dəqiqəlik sükütla yad etdilər. Tədbiri Şəki tarix-diyarşünaslıq muzeyinin direktoru Yaqut Cəlalova açaraq XX əsrin ən dəhşətli faciəsi olan Xocalı faciəsi haqqında geniş məlumat verdi.  Sonra Xalq Tətbqi Sənəti muzeyinin direktoru İradə Abdullazadə "Xocalı şəhidləri", Rəşidbəy Əfəndiyevin ev muzeyinin direktoru Vəfa Qasımzadə "Xocalı soyqrımını unutmayaq", Sabit Rəhmanın ev muzeyinin direktoru Pərvanə İsgəndərova "Xocalı qətliamı", M.F.Axundzadənin ev muzeyinin direktoru Ulduz Xəlilova "Xocalı əsrin faciəsidir" adlı mühazirələri ilə çıxış etdilər.