Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala rayonu Çobankol kəndində 20 Yanvar Şəhidlərinin xatirəsi anılıb

17.01.2020

17 Yanvar 2020-ci il tarixində Zaqatala rayon Çobankol kənd orta məktəbində məktəbin və Çobankol Mədəniyyət evinin birgə təşkilatçılığı ilə 20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar "Ağla qərənfil ağla" başlığı altında anım tədbiri keçirmişdir. Tədbir əvvəlcə kəndin şəhidlərinin ziyarət edilməsi ilə başlanılmış və sonra məktəbdə ədəbi bədii kompozisiya ilə davam etdirilmişdir. Məktəbin tarix müəllimi Nurlanə Ömərovanın həmin qanlı gecə haqqında məruzəsi və məktəbin 5-ci, 6-cı, 9-cu sinif şagirdlərinin təqdim etdikləri şeirlər və səhnəciklər iştirakçıları bir daha o günlərə qaytarmışdır.