Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən şəhər Uşaq İncəsənət məktəbində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

18.01.2020

17 Yanvar 2020-ci il tarixində Balakən şəhər Uşaq İncəsənət məktəbinin bir qrup şagird və müəllim kollektivi 20 Yanvar şəhidlərinin 30-cu ildönümünü ilə əlaqədar olaraq Bakı şəhərindəki Şəhidlər Xiyabanında uyuyan 20 Yanvar Şəhidlərinin əziz xatirəsini yad ediblər.

Ziyarət zamanı məktəb kollektivi Şəhidlərin məzarları üzərinə əklillər qoymuş, tər qərənfillər düzmüş və məzarlar önündə Şəhidlərə həsr olunmuş şerlər söyləmişlər.

Yanvarın 18-də Uşaq İncəsənət məktəbində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilmişdir. Məktəbin foyesində təşkil olunmuş rəsm sərgisi ilə tanışlıqdan sonra,  şagirdlər ədəbi-bədii kompozisiya ilə çıxış ediblər