17.01.2020
17 yanvar 2020 ci il tarixdə Şəki 2 №-li Uşaq Musiqi Məktəbinin müəllim və şagirdləri İ.S.Baxın yaradıcılıq gecəsinə toplanıblar. Tədbirdə müəllimlərdən Nüşabə Mustafayeva və Güldanə Mustafayeva Baxın yaradıcılığı və həyatı haqqında tədbir iştirakçılarına geniş məlumat verərək, İ.S.Baxın əsərləri təhlil olunub.
Şagirdlərdən Fatimə Əzimova, Fidan İranpur, Əli Ağayev, Şəhanə Şahidli, Züleyxa Cəfərli, Səma İskəndərova, Davud Məmmədov, Mətin Əlizadə, Dəniz İsmayılzadə, Şəbnəm Manafova, Ləman Manafova, Dərya Həmidli, Məlahət Zərgərova və Nərmin Soltanova İ.S.Baxın prelüdia və fuqa, iki səsli, üç səsli invensiyalarını, menuet, kiçik prelud, adajio, d-moll, Zarafat ansamblını ifa ediblər.
Sonda məktəbin tədris işləri üzrə direktor muavini Aynurə Soltanova çıxış edərək, iştirak edən müəllim və şagirdlərə minnətdarlığını bildirib.