Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayonu Katexzavod kəndində ”Qanlı Yanvar” adlı anım tədbiri keçirilmişdir

17.01.2020

17 yanvar 2020-ci il tarixində Balakən MKS-nin 20 saylı Katexzavod kənd kitabxana filialı və Katexzavod tam orta məktəb kollektivlərinin birgə təşkilatçılığı ilə 20 Yanvar hadisələrinin 30-cu il dönümü ilə əlaqədar "Qanlı Yanvar" adlı ədəbi-bədii kompozisiya keçirdilmişdir. Tədbirdə kitabxananın müdiri Təravət İsmayılova, kitabxanaçı Saniyyət Mollaçıyeva, məktəbin direktoru Rəfiqə Xətatiyeva və tarix müəllimi Məhəmməd Ceyərciyev 20 Yanvar hadisələri haqqında geniş məruzə ilə çıxış edib, şagirdlər 20 Yanvar hadisələrinə yazılmış şeirləri səsləndiriblər. Tədbirin sonunda istirakçılar 20 Yanvar hadisələrinə həsr edilmiş sərgi ilə tanış olublar.