Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

M.Çələbiyev adına 10 saylı kitabxana filialında Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya təşkil edilmişdir

24.02.2018

Şəki şəhər MKS-nin M.Çələbiyev adına 10 saylı kitabxana filialında Şəki İstək liseyinin şagirdləri ilə birlikdə 24 feral 2018-ci il tarixində Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya təşkil edilmişdir. Tədbirdə fəal oxucular, liseyin müəllim və şagirdləri, valideynlər iştirak etmişlər. Tədbir Xocalı qətliamında həlak olan soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla anmaqla başladı. Sonra məktəblilər soyqırıma həsr olunmuş serlər ifa etmiş, səhnəçiklər göstərmişlər. Kitabxananın müdiri M.Yusifova tədbir iştirakçılarına və məktəblilərə öz təşəkkürünü bildirdi.