Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki şəhər uşaq incəsənət məktəbində Xocalı faciəsi ilə bağlı anım tədbiri keçirildi

24.02.2018

Şəki şəhər uşaq incəsənət məktəbində Xocalı soyqırımı ilə bağlı anma tədbiri keçirildi.

İlk öncə Xocalıda həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra məktəbin direktoru Eldar Rəcəbov Xocalıda törədilən dəhşətli hadisələrdən, insanların erməni faşistləri tərəfindən vəhşicəsinə öldürülməsindən, onların diri-diri yandırılmasından danışdı. Sonra məktəbin şöbə müdiri Adil Əliyev Xocalının alınmasında respublikanın o vaxtkı rəhbərliyinin buraxdığı səhvlər üzündən baş tutması barədə danışdı.  

Sonda məktəb şagirdlərinin iştirakı ilə Xocalı faciəsinə həsr olunmuş səhnəciklər nümayiş olundu.