Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuzda ”Qan yaddaşımız-30” adlı ədəbi-bədii kompozisiya keçirilib

15.01.2020

15 Yanvar 2020-ci il tarixdə Oğuz rayon MKS-nin Qarabulaq kənd kitabxana filialı, Heydər Əliyev Mərkəzi, E.Abdullayev adına 2 saylı tam orta məktəb və Gənclər idarəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar olaraq "Qan yaddaşımız-30" başlıqlı ədəbi-bədii kompozisiya keçirilib. Tədbirdə Qarabulaq kənd kitabxanasının kitabxanaçısı S.Məmmədova, H.Əliyev Mərkəzinin kollektivi, E.Abdullayev adına 2 saylı tam orta məktəbin direktoru T Zəkəriyyəyeva başda olmaqla məktəbin şagirdləri və Gənclər idarəsinin nümayəndəsi A.Daşdəmirli, Şəhid ailəsinin üzvü Şükufə İbrahimova iştirak ediblər.

Tədbiri H.Əliyev Mərkəzinin müdüri M.Abbasova açıq elan edərək, 20 Yanvar hadisələri haqqinda geniş məlumat vermişdir. Sonra şəhid Vüqar İbrahimovun bacısı Şükufə İbrahimova şəhid qardaşı Vüqar ilə bağlı xatirələrini dilə gətirib.

20 Yanvara həsr edilmiş video çarx izlənildikdən sonra bədii hissəyə yer verilərək, şagirdlərin ifasında şeirlər dinlənilmişdir. Daha sonra məktəb direktoru T.Zəkəriyyəyeva və Gənclər idarəsinin nümayəndəsi A.Daşdəmirova baş verən hadisələr haqqında danışıblar. Bildirilib ki, biz hər birimiz çalışıb vətənə layiqli övladlar yetişdirməliyik.

Sonda kitabxanaşı S.Məmmədovanın təşkil etdiyi "Qan yaddaşımız-30 il" və "Vətən mənə oğul desə…" başlıqlı sərgilərə baxış keçirilib.