Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayon Mədəniyyət Mərkəzində “Dil millətin varlığıdır” adlı tematik gecə keçirilmişdir

21.02.2018

21 feral 2018-ci ildə Qax rayon  Mədəniyyət  Mərkəzində  Beynəlxalq   Ana dili günü münasibəti ilə “Dil millətin varlığıdır” adlı tematik gecə keçirilmişdir.  Tədbiri giriş sözü ilə Mərkəzin direktoru K.Məcidova açdı. O, çıxışında 21 fevral Beynəlxalq Ana Dili gününün təsis olunması tarixi haqqında qısa məlumat verərək sözü aparıcı V.Mustafayevaya verdi. Çıxışçılardan şəhər 4 saylı məktəbin müəlliməsi, N.Məmmədseidova, MKS-nin direktoru G.Əhmədova, Qax rayonu üzrə məsləhətçi D.Əzizova  çıxış edərək dilin, hər bir xalqın varlığının təzahürü, qan yaddaşı olduğunu vurğulayaraq yekdil fikirlə qeyd etdilər ki, dilimizi yad ünsürlərdən qorumaq hər bir kəsin vətəndaşlıq  borcudur. G.Paşayeva   X.R.Ulutürkün “Ana dilim”,  Ş.Quliyev   Z.Yaqubun “Ana dilim”, R.Məcidova B.Vahabzadənin “Ana dilim”,  Ç.Məmmədova  T.Bayramın “Ana dilim” şerlərini tədbir iştirakçılarına təqdim etdilər. Tədbirin musiqi çələngini isə  X.Camalova və Ə.Yəhyayev təqdim etdilər.