30.12.2019
Şəki əlillərə qayğı ictimai birliyin təşkilatçılığı ilə Şəkinin “Məkan” istirahət mərkəzində daun sindiromlu uşaqlr üçün Yeni il şənliyi təşkil olunub.
Tədbirdə “Şəki Əlillərə Qayğı İctimai Birliyi”-nin sədri Məmmədkərim Mustafayev, İctimai Birliyin əməkdaşı Güləndam Alxasova, Şəki Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Elvin Qarayev çıxış edərək, uşaqlara ən xoş arzularını çatdırıblar. Şəki 2 №-li Uşaq Musiqi Məktəbinin təqdimatındakı rəngarəng musiqi nömrələri uşaqlara əsl bayram sevinci bəxş edib.