Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki şəhər 3 nömrəli uşaq musiqi məktəbində “Yaddaşımızın acı səhifəsi” adlı tədbir keçirilmişdir

20.02.2018

20 fevral 2018-ci il tarixdə Şəki şəhər 3 nömrəli uşaq musiqi məktəbində Xocalı faciəsinə həsr olunmuş “Yaddaşımızın acı səhifəsi” adlı tədbir keçirilmişdir.

Tədbirdə məktəbin direktoru Şəmsiyyət Əsgərova, tədris işləri üzrə direktor müavini Şəfa Abdullayeva çıxış edərək 1992-ci il 26 fevralda baş vermiş faciəni, Azərbaycanlıların soyqrımı günü kimi yaddaşımızda qalacağını söylədilər.  Şagirdlər soyqrıma həsr olunmuş şerlər söylədilər.

Xor qrupunun uşaqları – vətənpərvərlik mövzusunda mahnılar oxudular.