Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Mənim qürurum-ana dilim” adlı elmi-praktik konfrans keçirilmişdir

21.02.2018

21 Fevral Beynəlxalq Ana dili günü münasibəti ilə Rayon İcra Hakimiyyətinin təşkilatçılğı ilə Nizami Gəncəvi adına Mərkəzi Kitabxana və Heydər Əliyev Mərkəzinin birgə hazırladığı “Mənim qürurum-ana dilim” adlı elmi-praktik konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə MKS-in direktoru Gülniyar Məmmədova açdı. O tədbir iştirakçılarını salamladı və çıxışında bu günün tarixindən, keçirilməsinin əhəmiyyətindən bəhs etdi. Sonra “Ana dilimiz” adlı slayd nümayiş edildi. Daha sonra kitabxananın Abonoment bölməsinin müdiri Məmləkət Ömərova “Ana dilimizin tətbiqinə Heydər Əliyev qayğısı” adlı məruzə ilə, baş kitabxanaçı Gülmə Balaxlinskaya “Mənim dilim də var dillər içində” adlı məruzə ilə, kitabxanaçı İndira Abdullayeva “Dil milli sərvətdir” adlı məruzə ilə, “Mənim ecazkar dilim” adlı məruzə ilə isə kitabxananın oxucusu Aysel İsayeva çıxış etdilər. Tədbiri Gülniyar xanım yekunlaşdıraraq tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.