Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Açıq dərslər tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir

24.12.2019

Dekabrın 24-də Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin fortepiano şöbəsinin müəllimi Güllər Hümmətovanın sinfi üzrə açıq dərs keçirilmişdir.

Açıq dərsin keçirilməsində əsas məqsəd məktəbdə tədrisin keyfiyyətinə nəzarət etməkdən ibarət olmuşdur.

Dərsi izləyən məktəb rəhbərliyi tərəfindən Güllər Hümmətovanın şagirdlə ünsiyyəti, dərsin tədrisi və təhlili, şagirdlərin ifa etdiyi proqram təqdirəlayiq hesab edilmişdir.