20.12.2019
Dekabrın 20-də Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbində fortepiano şöbəsinin müəllimi Sevda Mustafayevanın təşkilatçılığı ilə “Texniki əsərlərin üzərində işləmə” mövzusunda göstərici dərs keçirilmişdir.
Tədbirdə məktəbin fortepiano şöbəsinin şagirdləri, ixtisas müəllimləri və məktəbin rəhbərliyi iştirak etmişdir. Dərs zamanı Sevda Mustafayevanın təqdimatı və təhlilləri izləyicilər tərəfindən maraqla qarşılanmışdır.