Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki Heydər Əliyev Mərkəzində “26 fevral - Xocalı soyqırımı” adlı tədbir keçirilib

21.02.2018

21 fevral 2018-ci il  tarixində  Şəki Heydər  Əliyev  Mərkəzində  Şəki fizika-riyaziyyat və humanitar  təmayüllü liseyin, Şəki Heydər Əliyev Mərkəzi və MKS-nin Vaqif  İbrahim adına 9 saylı kitabxana filialının əməkdaşları birgə “26 fevral - Xocalı soyqırımı” mövzusunda tədbir keçirdi. Tədbirdə Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin kitabxana filiallarının əməkdaşları, liseyin şagird-müəllim və valideynləri, mərkəzin əməkdaşları iştirak etmişlər. Azərbaycanın dövlət himni ilə tədbir açıq elan olundu. Sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Çıxış üçün söz liseyin təşkilatçı müəllimi Çingiz İsmayılova verildi. O, öz çıxışında  Xocalı soyqırımı haqqında ətraflı məlumat verərək qeyd etdi ki, “Bu qırğın nəticəsində 613 nəfər həlak olmuşdu, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qoca olmuşdur, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmiş, 130 uşaq valideyinlərindən birini itirmişdir. 487 nəfər yaralanmışdır ki, onlardan 76 nəfəri uşaqdır. 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. Bu rəqəmlər Dağlıq Qarabağ  münaqişəsinin ən dəhşətli, qanlı faciəsindən xəbər verir.

Tədbirdə video çarxlar, Azərbaycan dili və ədəbiyyatı müəlliməsi Aida Mustafayevanın təşkilatçılığı ilə hazırlanmış liseyin 5d və yuxarı sinif şagirdlərinin ifasında Xocalı faciəsini əks etdirən kompozisiyalar nümayiş  etdirildi.

Sonda Mərkəzin direktoru Xuraman Səmədova tədbir iştirakçılarına təşəkkürünü bildirib, Heydər Əliyevin sözləri ilə tədbiri yekulnaşdırdı.