18.12.2019
Dekabrın 18-də Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbində Məktəb İlk Həmkarlar Təşkilatının sədri İlqar Hacıəhmədzadənin təşəbbüsü ilə iməcilik keçirilib.
Məktəb kollektivinin həvəslə qatıldığı iməcilikdə məktəbin həyətyanı sahəsində təmizlik işləri aparılmış, ağacla aqrotexniki qulluq göstərilmiş və yeni ağaclar əkilmişdir.