Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə dünya şöhrətli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş müsabiqə keçirilib

18.02.2018

Fevral ayının 18-də Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılıgı ilə Şəki RMTİ-nin əhatə etdiyi Balakən, Zaqatala, Qax, Şəki və Oguz rayonlarının uşaq musiqi məktəblərindən cəlb edilmiş 41 şagirdin iştirakı ilə dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illiyinə həsr olunmuş  “Musiqi terminləri” adlı müsabiqə keçirilib.

Müsabiqə üçün ayrılmış 2 saat müddətində şagirdlər hər birində 120 sual olmaqla, 3 variant üzrə bilik və bacarəqlarını nümayiş etdiriblər.

Müsabiqə şərtlərinə görə 1-ci yerə 1 nəfərin, 2-ci yerə 2 nəfərin, 3-cü yerə 3 nəfərin layiq görüləcəyi nəzərdə tutulub. Münsiflər heyəti tərəfindən müəyyən edilmiş 10 nəfər ən yüksək bal tolamış şagird isə qaliblərlə bərabər Şəki RMTİ-nin dilomları və Fəxri Fərmanları ilə mükafatlandırılacaqlar.

Yubiley tədbirləri çərçivəsində belə müsabiqələrin təşkili istedadlı gənc musiqiçilərin formalaşmasına və regionun musiqi məktəbləri arasında təcrübə mübadiləsinə zəmin yaradır.