16.12.2019
Dekabrın 16-da Balakən rayon MKS-nin Katex kənd kitabxana filialının müdiri Tahirə Əfəndiyeva və kitabxanaçı Reyhan Məmmədhəsənova Katex kənd uşaq bağçasında körpələrə baş çəkərək, onlara səyyar kitabxana xidməti göstəriblər.
Görüş zamanı balacalar əvvəlcə “Sehirli dünya” və “Göy qurşağı” jurnalları ilə tanış olublar. Sonra kitabxanaçı Reyhan Məmmədhəsənova uşaqlara Azərbaycan və Dünya xalqlarının seçmə nağıllarından danışıb. Balacalardan Nail, Məhəmməd, Elif, Zəhra nağıl qəhrəmanları haqqında düşüncələrini və bildikləri şeirləri söyləyiblər.
Bağçanın rəhbəri və müəllim kollektivi uşaqlara göstərilən diqqətə görə kitabxanaçılara minnətdarlıqlarını bildiriblər .