11.12.2019
11 dekabr 2019-cu il tarixində Zaqatala rayon Çobankol kənd orta məktəbində məktəb və kənd mədəniyyət evinin birgə təşkilatçılığı ilə "Narkomaniyaya yox deyək" başlığı altında tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə Uşaq birliyinin sədri Qönçə Ömərova açdıqdan sonra, məktəbin direktoru Mətanət Səmədova, kəndin həkimi Nazim Nurullayev narkomaniyanın qlobal problem olmasndan və onun fəsadlarından, Mədəniyyət evinin müdiri Polad Şabanov gənclərin pis vərdişlərdən uzaq edilməsi məqsədilə mədəniyyət evində yaradılan idman dərnəklərinin fəaliyyəti barədə danışıblar. Daha sonra məktəbin şagirdlərinin hazırladığı ədəbii bədii kompozisiya nümayiş olunub.