Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki Dövlət Rəsm Qalereyasında “Dahi lider” mövzusunda sərgi təşkil olunub

11.12.2019

12 dekabr xalqımızın Ümummmilli lideri, Ulu Öndər Heydər Əliyevin anım günüdür. Bununla əlaqədar olaraq, dekabr ayının 11-də Şəki Dövlət Rəsm Qalereyasında “Dahi lider” mövzusunda sərgi təşkil olunub. Sərgidə dahi liderin fotoları və orta məktəb şagirdlərinin Ulu Öndəri, vətənpərvərliyi, sülhü, müstəqilliyi, üçrəngli bayrağımızı əks etdirən rəsmləri nümayiş olunmuşdur. Sərgidə Şəki Regional Kollecin Təsviri incəsənət şöbəsində təhsil alan tələbələr və amerikalı qonaq iştirak etdimişdir. Rəsmlərlə tanışlıqdan sonra qalereyanın direktoru İlahə Məmmədova Ümummilli liderin keçdiyi siyasət yolu haqqında qısa məlumat verib. O, çıxışında qeyd edib ki, dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri var. Məhz Ulu Öndərin uğurlu siyasəti nəticəsində kiçik bir ölkə dünya səviyyəsində nüfuzlu dövlətə çevrilmişdir.