10.12.2019
10 dekabr 2019-ci il tarixində Oğuz rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Tarix yaradan dahi-Heydər Əliyev” adlı dəyirmi masa keçirilib. Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin , Oğuz rayon Gənclər və İdman İdarəsinin, YAP Oğuz rayon Gənclər Təşkilatının, Heydər Əliyev Mərkəzinin və Mərkəzi Kitabxananın əməkdaşları, Oğuz şəhər 2 saylı məktəbin rəhbərliyi, müəllim və şagirdləri iştirak ediblər. Tədbir xalqın dahi oğlu, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbiri açıq elan edən Mərkəzin direktoru Mehriban Abbasova çıxışında bildirib ki, XX əsr tarixində, dünya siyasətində etiraf edilən fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir. Azərbaycan xalqının qüdrətli oğlu, dünya siyasətinin nəhəngi, bütün müsəlman və türk dünyasının fəxri Heydər Əliyevin xatirəsini yad etmək, onun Azərbaycan xalqı və dövləti qarşısında əzəmətini dərk etmək üçün onun həyat və fəaliyyətinin öyrənmək ən vacib məsələdir.
Sonra Mərkəzin əməkdaşları Şəbnəm Əlibəyli və Süsən Musazadə Ulu Ğndər Heydər Əliyevin həyat xronikasına qısa nəzər salıblar.
“Heydər Əliyev: Müdriklik və qətiyyət örnəyi” adlı videoçarxın təqdimatından sonra Oğuz rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Aytən Daşdəmirlinin “Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti”, MKS-nin əməkdaşı Samirə Məmmədovanın “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzularında çıxışları dinlənilib.
Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Cavid Həmidov, YAP Oğuz raon Gənclər Təşkilatının sədri Elşən Alcanov, Oğuz şəhər 2 saylı məktəbin direktor müavini Adil Heydərov, məktəbin ədəbiyyat müəllimi İmarət Cəlilova çıxış edərək bildiriblər ki, Ulu Öndər Heydər Əliyev Umummilli Lider kimi həmişəyaşardır, xalqın qəlbində, dövlətin bütün istiqamətlər üzrə apardığı uğurlu siyasətin ruhundadır. Onun dediyi sözlər, onun arzuları, göstərdiyi yol, bizə öyrətdiyi dövlətçilik məktəbi, həyat verdiyi müstəqillik yaşayır və Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində bundan sonra da yaşayacaqdır.