09.12.2019
09 dekabr 2019-cu il tarixdə Balakən şəhər Uşaq İncəsənət məktəbində musiqiyə aid ədəbiyyatların biblioqrafiq icmalını keçirilib. Rayon Mərkəzi Kitabxanasının təşəbbüsü ilə keçirilən tədbirdə İncəsənət məktəbinin müəllimləri seçilmiş ədəbiyyatlarla yaxından tanış olublar. Dərs vəsaitləri ilə tanışlıq zamanı kitabxananın müdiri Gülarə Muradova hər bir kitab haqqında tədbir iştirakçılarına geniş məlumat verərək, müəllimləri kitabxananın fondundan daha geniş şəkildə yararlanmağa dəvət edib.
Balakən şəhər Uşaq İncəsənət məktəbinin direktoru Arifə Tağıyeva əməkdaşlığa və biblioqrafiya gününün səmərəli təşkilinə görə kitabxanaçılara təşəkkürünü bildirib.