Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə Bəxtiyar Vahabzadənin vəfatının 9-cu ildönümü ilə əlaqədar “Hara gedir sabahımız” adlı dəyirmi masa keçirildi

13.02.2018

13 fevral 2018-ci il tarixdə  Azərbaycan Xalq şairi, dramaturqu, filologiya elmləri doktoru, professor, Azərbaycan MEA-nın həqiqi üzvü, Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Azərbaycan Dövlət mükafatı laureatı Bəxtiyar Vahabzadənin vəfatının 9-cu ildönümü ilə əlaqədar “Hara gedir sabahımız” adlı dəyirmi masa keçirildi.

Tədbir iştirakçıları əvvəlcə Bəxtiyar Vahabzadənin adını daşıyan “Bəxtiyar meydanı”ndakı büstü önünə gül dəstələri qoydular. Sonra tədbir mərkəzi kitabxananın oxu zalında davam etdirildi. Tədbiri giriş sözü ilə Bəxtiyar Vahabzadənin ev muzeyinin direktoru Elşən Zəkəryəbəyli açdı. O, Vahabzadə muzeyinin onun evində açılması və həmin muzeydə böyük şairin irsini təbliğ etməsi ilə fəxr etdiyini söylədi. Sonra Nakam adına mərkəzi kitabxananın Xidmət və abonement şöbəsinin abonement bölmə müdiri D.Yaqubova B.Vahabzadənin Şəki, Azərbaycan və Türk dünyası üçün kim olduğu, onun yaradıcılığının oxucular tərəfindən sevilərək oxunduğu, kitabxanada onun əsərlərinin külliyatının olduğunu və youtube səhifələrində onun öz səsində və müxtəlif  səsli şeirlərinin olduğu haqqında məlumat verdi.

Sonra kitabxananın direktor müavini R.Əhmədova və Metodika və biblioqrafiya şöbəsinin müdiri Z.Nəsrullayeva B.Vahabzadənin vəfatının Azərbaycan ədəbiyyatına böyük itki olduğunu qeyd etdilər. Onu da qeyd etdilər ki, onun bu günə qədər yazdıqları illər ötsə də öz aktuallığını itirməyəcək. O, min il bundan əvvəlin və min il bundan sonranın şairidir.

Tədbir “Türk dünyasının Bəxtiyarı” adlı sərgiyə baxışla yekunlaşdı.

ARB-Şəki televiziyası tərəfindən lentə alınan bu tədbir B.Vahabzadənin ruhuna əvəzsiz bir töhfə oldu.