06.12.2019
06 dekabr 2019-cu il tarixdə Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbində nəzəriyyə şöbəsinin müəllimi Mina Bilalovanın təşəbbüsü ilə göstərici dərs keçirilib.
Göstərici dərsdə məktəbin direktoru Şəmsiyyət Əsgərova, şagirdlər və nəzəriyyə şöbəsinin müəllimləri iştirak ediblər. Dərsin keçirilməsində əsas məqsədin şagirdlərdə mənimsəmə qabiliyyətinin yüksəldilməsi və gənc müəllimlərin bu sahədəki fəaliyyətlərinin daha da artırılmasına xidmət etdiyini qeyd edən Mina Bilalova bütün iştirakçılara təşəkkürünü bildirib.