05.12.2019
05 dekabr 2019- cu il tarixdə Zaqatala rayon Mədəniyyət Mərkəzində “5 dekabr- Beynəlxalq Könüllülər Günü” münasibətilə gənclərin Zaqatala yazarları ilə görüşünün təşkil olunduğu ədəbi-bədii gecə keçirilmişdir.
Görüşdə bidirilmişdir ki, BMT Baş Assambleyası 1985-ci ildə hökumətlərə hər il iqtisadi və inkişaf naminə 5 dekabr tarixini Beynəlxalq Könüllülər Günü kimi qeyd etməyi təklif edib. Elə bu münsibətlə keçirilən ədəbi-bədii gecədə əvvəlcə gənclərin dairəvi masa arxasında Zaqatala yazarları ilə görüşü təşkil olunmuş, gənclərlə yazıçılar arasında fikir mübadiləsi aparılmış, son illər könüllülüyün sürətlə inkişaf etdiyi Azərbaycanın könüllülük fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynadığı vurğulanmışdır.
Sonra rayon gəncləri üçün konsert proqramı təqdim olunub. Rayon İcra Hakimiyyəti, müxtəlif idarə, təşkilat rəhbərlərinin və nümayəndəlrinin, rayon gənclərinin iştirak etdikləri tədbirdə Vüqar İsgəndərlinin “Azərbaycan”, Rahil Kərimovun “Qala düzü divarları”, Mamed və Tərlan Mamedovların “Zaqatala”, Sərxan Cabbarovun “Təkcə mənim olaydın”, Həvva Anqubazovanın “Yaşa mənim xalqım”, istedadlı gənc Kənan Əfəndiyevin “Ötən günlərimi qaytaraydılar” mahnıları, Çingiz Hümbətovun rəhbərliyi ilə “Çingiz” ritm rupunun “Azərbaycan ritmləri”, “Günəş” rəqs qrupunun “Sarı gəlin”, “İgidlər”, “Gürcü” və “Ərəb” rəqsləri gənclər tərəfindən alqışlarla qarşılanıb.