01.12.2019
1 dekabr 2019-cu il tarixində M.F Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəliyyət göstərən M.Nəsrullayev adına sənətkarlıq klubunda görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Dünya duracaq” adlı ədəbii-bədii gecə keçirilmişdir.
Gecədə orta məktəb müəllimi Ziyafət Ramazanova Nəsimi yaradıcılığından danışıb. Sonra şagirdlərdən Azər Cəfərov “Sığmazam”, İlahə Kərimova “Hardasan”, Mahiyə Süleymanova “Yanaram” qəzəllərini söyləyiblər.
Tədbir sənətkarlıq klubunun bədii özfəaliyyət kollektivinin çıxışı ilə başa çatmışdır.