02.12.2019
Dekabrın 2-də Şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən B. Ələsgərova adına Folklor Klubunun təşkilatçılığı ilə İnteqrasiya Təlimli İnternat gimnaziyada Əlillər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə B.Ələsgərova adına folklor klubunun müdiri Sərdar Yunusov və gimnaziyanın şagirdləri musiqili proqramla çıxış ediblər. Proqram başa çatdıqdan sonra əmək qabiliyyətini itirmiş əlillərə hədiyyələr paylanılıb.