03.12.2019
03 dekabr 2019-cu il tarixdə Qax rayon 2 №li məktəb-liseyində tarix müəllimi Vidadi Şıxəmirovun rəhbərliyi ilə məktəbin 10b sinfində açıq dərs təşkil olunub. Qax rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları dərsdə iştirak ediblər.
Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş açıq dərsdə Vidadi Şıxəmirov tarixi faktlarla Ulu Öndərin hakimiyyətə gəldiyi ilk gündən xalqımız üçün böyük fədakarlıqla həyata keçirdiyi xidmətləri xronoloji ardıcıllıqla izah edib. Sonra şagirdlər müəllimin suallarına böyük həvəslə cavab veriblər. Dərsdə iştirak edən məktəbin direktoru Şəkər Abdullayeva Ulu Öndərlə konfransların birindəki görüşünün xoş təəssüratlarından danışıb.
Dərsin sonunda Heydər Əliyev Mərkəzinin direktoru Nərminə Omarova çıxış edərək, açıq dərsin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.