Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət işçiləri hərbçilərin görüşünə gəldi

11.02.2018

11 fevral 2018-ci il tarixdə Şəki  M.F.Axundzadə adına şəhər Mədəniyyət Mərkəzi və onun tabeliyində olan S.Vurğun adına şəhər folklor evinin kollektvi DİN-nin Daxili Qoşunlarının N saylı hərbi hissənin Şəkidə yerləşən taborunda konsert proqramı ilə çıxış etdilər. Mədəniyyət Mərkəzinin müvafiq illik iş planına əsasən taborda keçirilmiş tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Aqaəli Cəlilov açmışdır. Taborun komandiri polkovnik-leytenant Rəşad Hüseynov çıxış etmiş, mədəniyyət işçilərinə öz minnətdarlığını bildirmişdir. S.Vurğun adına folklor evinin direktoru Fəxrəddin Yusifovun rəhbərliyi ilə “Buta” instrumental ansamblı çıxış etmiş, müğənnilərdən Sərdar Yunusov, Murad Abduləzizov, Namiq Aslanovun ifasında səsləndirilən şən mahnıların sədaları altında əsgərlər rəqs etmişlər. Mərkəzin aparıcı metodisti Nazilə Qaffarovanın söylədiyi vətənə və qəhrəmanlığa həsr olunmuş şeirlər tədbiri daha da maraqlı etmişdi. Sonda həmrəylik rəmzi kimi ifadə olunan “Yallı” səsləndirildi. Tədbirdə həmçinin Mərkəzin baletmeysteri Vəlyəddin Məmmədov və N.Bədəlov adına folklor evinin direktoru Mehriban Məmmədova iştirak edirdi.