01.12.2019
1 dekabr QİÇS–lə mübarizə günü münasibətilə İlisu kənd Diyarşunaslıq evində kənd kitabxanası ilə birlikdə “QİÇS-ə yox deyək” mövzusunda söhbət keçirilib. Tədbirdə İlisu Ərazi İcra Nümayəndəliyinin və İlisu Tarix və Mədəniyyət Qoruğunun əməkdaşları iştirak ediblər. Tədbiri giriş sözü ilə İlisu kənd Diyarşunaslıq evinin direktoru Zenfira Əfəndiyeva açaraq bildirib ki, dünya QİÇS-lə mübarizə günü 1988–ci ildən qeyd edilir. 1981–ci il iyunun 5-də Amerika xəstəliklər üzərində nəzarət mərkəzinin aşkar etdiyi QİÇS bəşəriyyətin üzləşdiyi ən dəhşətli xəstəliklərdən birinə çevrilib . Həmin günün beynəlxalq səviyyədə qeyd edilməsi dünyanın bütün regionları üzrə yayılan NİV infeksiyasının və QİÇS–nın pandeniyası ilə mübarizədə səylərin birləşdirilməsinə xidmət edir.
Sonra İlisu xəstəxansının tibb işçisi Sülbiyyə Əliyeva QİÇS–in fəsadları barədə danışıb və tədbir diskusiya şəklində davam edib.