29.11.2019
Respublikanin şəhər və rayonlarında xoreoqrafiya sənətinin təbliğ edilməsinə, uşaq incəsənət məktəblərinin rəqs şöbələrində tədrisin keyfiyyətinin, habelə məktəblərdə və digər mədəniyyət müəssisələrində xoreoqrafiya sahəsi üzrə mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması, xoreoqrafiya sahəsində istedadlı uşaq və yeniyetmələrin aşkar edilməsi və gələcəkdə onların bu sahə üzrə təhsillərini davam etdirmələrinin təşviqi məqsədilə ustad dərslərinin təşkil edilməsinə ehtiyac qalmaqdadır.
Bu baxımdan görülən işlərin davamı olaraq, noyabrın 29-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Balakən şəhərində Bakı Xoreoqrafiya Akademiyasının müəllimi, Azərbaycan Respublikasının Əməkdar artisti Elçin Allahverdovun rəhbərliyi ilə regionu əhatə edən Balakən, Zaqatala, Qax və Şəki şəhərlərininin xoreoqrafiya təhsili alan şagirdlərinə ustad dərsləri keçirilib. Dərslərin iştirakçıları bütün məşğələlərdə fəal iştirak edərək, ustadların tövsiyyələrindən bəhrələniblər.