Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatalada “İslam həmrəyliyi - zamanın tələbi, milyonların arzusu” adlı elmi-praktik konfrans keçirilib

25.07.2017

Zaqatala rayon Mərkəzi kitabxanasında İslam həmrəyliyi ili ilə əlaqədar olaraq “İslam həmrəyliyi - zamanın tələbi, milyonların arzusu”  adlı  elmi-praktik konfrans keçirilmişdir. Konfransda Zaqatala RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdir müavini dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev, Dini Qurumlarala İş Üzrə Dövlət Komitəsinin Zaqatala şöbəsinin əməkdaşı Sərxan Tahirzadə, Zaqatala qazisinin müavini Rasim Musayev, kitabxana işçiləri, oxucular iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Gülniyar Məmmədova tədbirin məqsəd və mahiyyətindən danışdı. Sonra İslam həmrəyliyi ili - “ bu dünyaya bir mesajdır” adlı slayd nümayiş etdirildi. Daha sonra söz məruzəçilərə verildi. Kitabxananın baş biblioqrafı Yasəmən Məmmədova “İslam həmrəyliyi” zamanın tələbi, milyonların arzusu....” adlı məruzə ilə, İnformasiya texnologiyaları mütəxəssisi Leyla Mustafayeva “Dünyanı gözəllik xilas edəcək” adlı məruzə ilə, böyük metodist Sevda Rəhimova “İslam həmrəyliyi ili -  Multikulturalizm ilinin  məntiqi davamıdır” adlı məruzə ilə, İnformasiya resurs şöbəsinin operatoru İndira Abdullayeva ”Bakı-2017” Azərbaycanın parlaq qələbəsi” adlı məruzə ilə, uşaq şöbəsinin müdiri Ayşə Rəşidova isə “Azərbaycanın qlobal humanizmə töhfəsi” adlı məruzə ilə çıxış etdilər. Sonda söz qonaqlara verildi onlar öz növbəsində belə bir tədbirin təşkilindən dolayı öz təşəkkürlərini bildirərək  Azərbaycanda uğurla gedən dini siyasətdən, dini etiqad azadlığından, dini tolerantlıqdan bütün dünyaya nümunə olan islam həmrəyliyimizdən geniş şəkildə danışdılar. Sonda Gülniyar xanım çıxış edərək tədbirdə iştirak edənlərin hər birisinə təşəkkürünü bildirdi və kitabxana olaraq dövlətin din siyasətinə hər zaman dəstək olduğumuzu qeyd etdi.