Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki şəhər mərkəzi kitabxanasında “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsi keçirilmişdir

09.02.2018

9 fevral 2018-ci il tarixdə Şəki şəhər mərkəzi kitabxanasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevin tapşırığına əsasən ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan respublika üzrə uşaq və məktəblilər arasında “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin I turunun ilk mərhələsi keçirildi. Müsabiqədə 23 məktəbli iştirak edirdi. Onlardan 7 nəfəri - Rəcəbli Duyğu, Məmmədova Aysun, Lətifov Abdulqadir, Məmmədzadə Nəzrin, Bəşarətzadə Şəhla, Əhmədov Pərvin, Abdullazadə Təbəssüm münsiflər heyəti tərəfindən xüsusi qiymətləndirildi. Münsiflər heyəti belə qərara gəldi ki, yaxşı çıxış etmiş həmin iştirakçılar arasında yenidən baxış keçirilsin.

Beləliklə 25 fevral 2018-ci il tarixdə qaliblər arasında yenidən seçim aparılaraq I yeri tutan məktəbli müsabiqənin II mərhələsinə keçəcəkdir.