13.11.2019
Zaqatala məktəbliləri “Ölkəmizi tanıyaq” aksiyası çərçivəsində noyabrın 13-də Respublikamızın cənub bölgəsinə ekskursiyaya yollanıblar. Noyabrın 12-də Heydər Əliyev Mərkəzində məktəblilərlə keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə altıncı ildir uğurla davam edən tur-aksiyaların yeniyetmə və gənclərin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına, onların dünyagörüşünün daha da zənginləşməsinə böyük töhfə verdiyini bildirib. Vurğulanıb ki, ölkəmizin tarixini, mədəniyyətini, müstəqillikillərində qazanılan nailiyyətləri dərindən öyrənmək məqsədi daşıyan bu layihə Prezident İlham Əliyevin yetişməkdə olan gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə edilməsinə verdiyi böyük önəmin bariz nümunəsidir. İcra hakimiyyətinin başçısı ekskursiyanın məktəblilər üçün çox faydalı olacağına, tur-aksiya iştirakçılarının ölkəmizin cənub bölgəsindən zəngin təəssüratlarla qayıdacaqlarına əminliyini bildirib.
Noyabrın 13-də səhər saatlarında Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında böyük qələbəlik varidi. Ölkənin cənub bölgəsinə ekskursiyaya çıxan məktəbliləri yola salmaq üçün Mərkəzin qarşısına toplaşan rayonun rəhbər işçiləri, müəllim və valideynlər şagirdlərə tövsiyələrini verirdilər.
Məktəblilər əvvəlcə ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Rayon rəhbərliyinin, müəllim və valideynlərin xeyir-duasından sonar məktəblilər onlar üçün ayrılmış avtobusla Lənkəran-Masallı-Astara marşrutu üzrə yola düşüblər.