Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki şəhər Uşaq İncəsənət məktəbində “Üçrəngli bayrağımız” adlı tədbir keçirilib

08.11.2019

8 noyabr 2019-cu il tarixdə Şəki şəhər Uşaq İncəsənət məktəbində “Üç rəngli bayrağımız” adlı tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Eldar Rəcəbov giriş sözü ilə çıxış edərək bildirib ki, Dövlət Bayrağı hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin isə şərəfi, qüdrəti olaraq, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynayır. Sonra məktəbin dərs hissə müdiri Etibar Abbasov xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəsini, milli kimliyini tərənnüm edən üç rəngli bayrağımızın milli qürurumuz olduğunu qeyd edib. Tədbir məktəbin fortepiano, xor, xalq çalğı alətləri şöbələrinin şagirdlərinin ifasında konsert proqramı ilə davam edərək, bir-birindən rəngarəng əsərlər ifa olunmuşdur.

Konsert tamaşaçılar tərəfindən alqışla qarşılanıb.