06.11.2019
Noyabrın 6-da İ.Dagistanlının Qax rayonundakı xatirə muzeyində Bayraq Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Zərnə kənd məktəbinin müəllim və şagird kollektivi, muzeyin əməkdaşları və mədəniyyət işçiləri iştirak ediblər. Tədbiri muzeyin rəhbəri Anar Zehirov açaraq, təbrik nitqi söyləyib və muzeyin bələdçisi Sevinc Əfəndiyeva məruzə ilə çıxış edib. Çıxışlardan sonra şagirdlərin hazırladığı kompozisiya təqdim olunub və təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb. Tədbir Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə baş məsləhətçisi Dilarə Əzizovanın çıxışı ilə yekunlaşıb.